525.Az

Rusiya ilə Hindistanın ticarət həcmi rekord həddə çatıb


 

Rusiya ilə Hindistanın ticarət həcmi rekord həddə çatıb<b style="color:red"></b>

2013-cü ildən bəri Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 10,8 dəfə artıb.

525.az xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyi məlumat yayıb. 2023-cü ilin sonunda iki ölkə arasında ticarətin həcmi rekord həddə - 64,6 milyard dollara çatıb. Müqayisə üçün on il əvvəl bu rəqəm cəmi 6 milyard dollar idi.

Ötən il Hindistan 60,6 milyard dollar dəyərində Rusiya malları alıb. Gübrə və bitki yağları və piylərin ixracı da artıb.

Rusiya 2023-cü ildə Hindistandan 4,1 milyard dollar dəyərində mal idxal edib. Bunlar əsasən kimyəvi məhsullar, həmçinin dərmanlar, avtomobillər, avadanlıq və elektronika olub.

Bu ilin yanvar-aprel aylarında ölkələr arasında ticarət dövriyyəsi 23,1 milyard dollar təşkil edib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Hindistan arasındakı münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirib.

Pərvanə Sultanova

 





09.07.2024    çap et  çap et