Slovakiya prezidenti Peter Pelleqrini hesab edir ki, Rusiya Ukraynadakı münaqişənin həlli üçün keçirilən tədbirlərdə iştirak etməlidir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident münaqişənin hər iki tərəfi ilə sülhdən danışmağın zəruriliyini vurğulayıb.
“Əgər biz İsveçrədəki sülh sammiti kimi təşəbbüsləri davam etdirmək istəyiriksə və digər ölkələr də belə görüşləri davam etdirmək istədiklərini deyirlərsə, onda hesab edirəm ki, Rusiya nümayəndələrinin iştirakı olmadan növbəti görüşlər uğursuzluğa məhkumdur. Biz münaqişənin hər iki tərəfi ilə sülhdən danışmalıyıq”.
Pərvanə Sultanova
çap et