525.Az

Putin Narendra Modini Rusiyanın ən ali dövlət ordeni ilə təltif edib


 

Putin Narendra Modini Rusiyanın ən ali dövlət ordeni ilə təltif edib<b style="color:red"></b>

Hindistanın baş naziri Narendra Modi Rusiya Federasiyasının ən ali dövlət ordeni olan "Müqəddəs Apostol Andrey Pervozvannı" ilə təltif edilib.

525.az APA-ya istinadən xəbər verir ki, təltifetmə mərasimi Böyük Kreml Sarayında baş tutub. Putin ali ordeni Modiyə təqdim edib.

Qeyd edək ki, 1998-ci ildən bu yana 25 nəfər "Müqəddəs Apostol Andrey Pervozvannı" ordeninə layiq görülüb.

Xarici dövlət başçılarından Azərbaycanın ümummilli lideri Heydər Əliyev, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev və Çin lideri Si Cinpin Rusiyanın ən ali dövlət ordeni olan "Müqəddəs Apostol Andrey Pervozvannı" təltif olunublar.

 





09.07.2024    çap et  çap et