525.Az

"Onların yazdıqları cəfəngiyyatdan başqa bir şey deyil"


 

"Onların yazdıqları cəfəngiyyatdan başqa bir şey deyil"<b style="color:red"></b>

SEYİD CAMAL ƏZİMBƏYLİ: Bu, sadəcə təəssüf doğurur

Yeni yaradılmış Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (ÜATİ) Koordinasiya Şurasının üzvü, Azərbaycan Milli-Mədəni Muxtariyyatı – “AzerRosun prezidenti Söyün Sadıqovun iki emissarının Azərbaycanda olduğu onların burada Qarabağ əsilli ziyalılarla görüşlər keçirdiyi barədə müxtəlif məlumatlar yayılıb. Azərbaycana gələn şəxslərdən birinin S.Sadıqovun yaxın qohumu olduğu, digər şəxsin isə milliyətcə qeyri-azərbaycanlı olduğu bildirilir. Onların əlində konkret siyahı var artıq neçə gündür ki, siyahıdakı adamlarla görüşməyə çalışırlar. Həmin söhbətlərin başlıca mövzusu isə yeni yaradılmış ÜATİ onun gələcək perspektivləri, Azərbaycanın daxili siyasətində oynayacaq rol, ən əsası da Rusiyanın Qarabağ məsələsində vasitəçiliyinin faydalı ola biləcəyi, sülhə hazırlıq başqa məsələlər barəsindədir.

Onların Qarabağ seyid ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli ilə görüşlər keçirməsi məlumdur. Artıq bu görüşün müxtəlif istiqamətlərə yönəldilməsi diqqətçəkici məqamlardandır. C.Əzimbəylinin məsələyə aydınlıq gətirməsinə baxyamayaraq bəzi müxalif yönümlü mətbu orqanları hər vəchlə burada hansısa çirkin məqamlar axtarmağa çalışması da sual doğurur. Məsələ ilə bağlı S.Sadıqovun açıqlamaları onun, eləcə bəzi media orqanlarının dövlətçiliyi hər şeydən üstün tutan bir şəxsC.Əzimbəyli barəsində söylədikləri yazdıqları sadəcə təəssüf doğurur. Həqiqətən , C.Əzimbəylinin çevrəsi onu tanıyan hər bir şəxs çox yaxşı bilir ki, o, Azərbaycan dövlətçiliyinin mənefeyinə zidd olan hansısa bir görüşə iştiraka meyl etməz.

“525”ə açıqlamasında sözügedən şəxslərlə görüşün olduğunu qeyd edən C.Əzimbəyli bəzi mətbu orqanlarının bunu digər istiqamətlərə yönəltməyə səy göstərdiyini deyib: “Bəli həmin şəxslər bir neçə gün əvvəl məni Bakının dəbdəbəli restoranlarının birinə dəvət etdilər. Onların məni hansı məqsədlə çağırdığından xəbərim yox idi. Onlar həmin təşkilatın gələcəkdə Azərbaycan siyasətində oynayacağı roldan danışırdılar, Qarabağ məsələsinin həllində Rusiya faktorunu qabardırdılar biz qarabağlıların bu məsələdə oynaya biləcəyi rola işarə vururdular. Artıq bundan sonra məsələnin ciddiyyətinin fərqinə vardım. Çünki burada söhbət Azərbaycan dövlətindən gedirdi. Mənim mövqeyim dövlətçiliyi hər şeydən üstün tutduğum hər kəsə bəllidir. Məhz buna görə mövqeyimi onlara izah etdim ki, hər olursa-olsun, Azərbaycan dövlətinin maraqları mənimçün başlıca məsələdir mən dövlətimin əleyhinə olan heç bir söhbətdə iştirak etməyəcəm. Buna görə heç çörək belə kəsmədən həmin şəxslərdən ayrıldım. Bu görüşdə iştirak etmədim. Qəzetiniz vasitəsi ilə bu məsələnin artıq qapandığını bəyan edirəm”.

C.Əzimbəyli həmin şəxslərə layiqli cavab verdiyini bildirib. O, S.Sadıqovla heç bir probleminin olmadığını da söyləyib: “Bu məsələdə nahaq yerə özlərinə dəstək axtardıqlarını onlara bildirdim. Həqiqətən , Azərbaycan heysiyyatı olan heç bir şəxs belə qüvvələrə yardımçı olmaz. Çünki belə bir məsələdə həmin qüvvələrə razılıq verən şəxs millətin dövlətin tarixi düşməni olacağını unutmamalıdır. Bildirim ki, adını çəkdiyiniz bu şəxslə heç bir problemim yoxdur. O adam bəzi mətbu orqanlarında bəyan edir ki, güya mən onun adını ləkələyirəm. Bu çox gülməlidir. Onun Azərbaycan ictimai-siyasi həyatında kim tərəfindən tanındığı çox maraqlıdır. Azərbaycanda özünü demokratiyanın carçısı elan edib, prezident seçkisi öncəsi guya xalqı gerçək hədəflərə aparmaq məqsədi ilə özünü real güc hesab edən mərkəzin qəzetinin məsələyə başqa prizmadan yanaşması təəssüfləndiricidir. Çox maraqlıdır ki, həmin mətbu orqanlarının təmsilçiləri hədəflərimi dəqiq bildikləri, dövlətçilik üçün mücadiləmi gördükləri çevrəmi tanıdıqları halda bu məsələdə mənim mövqeyimi deyil, heç Azərbaycan vətəndaşı olmayan bir şəxsin fikirlərini əsas götürürlər. Birtərəfli olaraq mövqeyin verilməsi sadəcə təəssüf doğurur. Mən sülh, mənəviyyat, əxlaq adamıyam, barış tərəfdarıyam. O adamlara demək istəyirəm ki, ayıbdır. Bəzi qəzetlərin məsələ ilə bağlı yazdıqları isə cəfəngiyyatdan başqa bir şey deyil. Artıq bu məsələlərin üzərinə getməyəcəm bunu aiddiyyatı dövlət orqanlarına öhdəsinə buraxacam. Artıq bir çox dövlət qurumları. Şəxslər sözügedən bu təşkilatın ziyanlı tərəfə çevirilməsinin fərqindədirlər”.

C.Əzimbəyli dövlətçiliyinin əleyhinə olan heç bir prosesdə iştirak etmədiyini bildirib: “Həmin şəxslər, əleyhimə təbliğat aparan qüvvələr bilsin ki, mən timsalımda yüzlərlə inanclı insan dövlətçiliyimizi namusu qədər çox sevir. Biz dövlətçiliyimizə zidd olan heç bir qüvə ilə birliyinə girmərik. bu yöndə təbliğat apararaq sanki nəyəsə nail olmağa çalışan şəxslərin halına sadəcə üzülürəm”. 

Aqil LƏTİFOV

 





14.11.2012    çap et  çap et