525.Az

Keyptaunda daşqınlar nəticəsində minlərlə insan evsiz qalıb


 

Keyptaunda daşqınlar nəticəsində minlərlə insan evsiz qalıb<b style="color:red"></b>

Cənubi Afrikanın Keyptaun şəhərində iyulun 6-dan bəri davam edən leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində minlərlə insan evsiz qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət televiziyası SABC-nin xəbərinə görə, daşqınlar zamanı şəhərin ən böyük gecəqondularından biri olan Xayelitşada mindən çox evə ziyan dəyib, ən azı 4 min insan evlərini tərk edib.

Cənubi Afrika Meteorologiya Departamenti Keyptaun və ətrafına təsir edən güclü yağış və küləklərin çərşənbə gününə qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Milli Dəniz Xilasetmə İnstitutunun (NSRI) sözçüsü Craig Lambinon, verdiyi açıqlamada, pis hava şəraitinin sahil xəttini təhdid etdiyi üçün xüsusilə balıqçı qayıqlarını dənizə getməməyə çağırıb.

Malik Atilay

 





09.07.2024    çap et  çap et