Yeni mövsümün hazırlıqlarını davam etdirən “Turan Tovuz”və "Kəpəz" bu gün yoxlama oyununda üz-üzə gəliblər.
QOL.az xəbər verir ki, Qəbələ şəhər stadionunun köməkçi meydançasında keçirilən matç Tovuz təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını Oto Con (dubl), Aleks Souza və Sadiq Şəfiyev vurublar.
Qeyd edək ki, "Turan Tovuz" yay toplanışı çərçivəsində keçirdiyi ilk sınaq matçında 2-ci Liqa təmsilçisi "Şəmkir"i 13:0 hesabı ilə məğlub edib. "Kəpəz" üçün isə bu qarşılaşma hazırlıq çərçivəsində ilk sınaq olub. Adil Şükürovun komandası iyulun 14-də "Şamaxı" ilə üz-üzə gələcək.