525.Az

AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb


 

AŞPA sədri  Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Jan-Klod Minyon noyabrın 13-də Monitorinq Komitəsinin yığıncağı ilə əlaqədar Parisdə səfərdə olan Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

525.az-ın “AzərTac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
 
Jan-Klod Minyon rəhbərlik etdiyi təşkilatın münaqişənin sülh yolu ilə tezliklə həllini tapacağına ümidvar olduğunu bildirib, ATƏT-in Minsk qrupunun bu istiqamətdə apardığı səyləri dəstəklədiyini və AŞPA-nın qrupa hərtərəfli kömək göstərməyə hazır olduğunu bildirib.
 
AŞPA sədri və nümayəndə heyətlərinin rəhbərləri münaqişənin həlli istiqamətində belə görüşlərin mühüm rolunu vurğulayıblar.

 





14.11.2012    çap et  çap et