525.Az

Pelosi Baydenin seçkidən çəkilmək qərarına təsir edə bilər


 

Pelosi Baydenin seçkidən çəkilmək qərarına təsir edə bilər<b style="color:red"></b>

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi prezident Co Baydeni namizədlikdən çəkindirə biləcək şəxs ola bilər.

525.az xəbər verir ki, bu barədə Amerikanın “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Vurğulanıb ki, Nümayəndələr Palatasının demokratları Baydenin 2024-cü il seçkilərində qalib gəlmək qabiliyyətindən ciddi narahatlıq keçirirlər.

Buna görə də Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosini  onu yenidən seçilməkdən imtina etməyə məcbur etmək üçün potensial qüvvə kimi baxırlar.

Qeyd olunur ki, Pelosi Amerika hökumətinin “veteranı”dır. Bundan əlavə, ABŞ prezidenti Pelosiyə hörmətlə yanaşır. Bu amillər Baydenin seçki yarışından imtina etmək barədə potensial qərarına təsir göstərə bilər. Həmçinin, Pelosinin polad xarakterə malik olduğu da vurğulanıb.

Pərvanə Sultanova

 





11.07.2024    çap et  çap et