“Əgər 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitində Ukrayna və Gürcüstanın Şimali Atlantika Alyansına qoşulması əngəllənməsəydi, Ukraynada müharibə olmayacaqdı”.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda deyib.
O qeyd edib ki, Almaniya və Fransa həmin zaman NATO-nun genişlənməsinə qarşı çıxdılar və bu, hazırkı nöqteyi-nəzərdən faciəli qərar kimi görünür.
“Onda Ukrayna və Gürcüstanın NATO-ya qəbulu ilə bağlı qərar faktiki olaraq Almaniya və Fransa tərəfindən əngəlləndi. Polşanın o vaxtkı prezidenti Lex Kaçinski NATO-nun genişlənməsinin tərəfdarı olub”.
Duda deyib ki, bu gün vəziyyət daha mürəkkəbdir, çünki o zaman həm Ukrayna, həm də Gürcüstan heç kimin hücumuna məruz qalmayan azad dövlətlər idi: “Onları dəstəkləmək, alyansda iştirak etməklə zəmanət vermək kifayət idi və təbii ki, müharibə olmayacaqdı. Çünki Rusiya heç vaxt NATO dövlətinə hücum etməyə cəsarət etməzdi, xüsusən də o zaman. Təəssüf ki, hər şey başqa cür oldu”.
Pərvanə Sultanova
çap et