525.Az

Əsgərimiz minaya düşüb


 

Əsgərimiz minaya düşüb<b style="color:red"></b>

Azərbaycan Ordusunun əsgəri minaya düşüb. 
 
APA-nın məlumatına görə, hadisə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qeydə alınıb. Ordumuzun əsgəri, 19 yaşlı Mahir Tahir oğlu Zərbiyev minanın partlaması nəticəsində ağır yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Yaralanmış əsgərin vəziyyəti stabil ağırdır.
 
Qeyd edək ki, M. Zərbiyev 2011-ci ildə Yardımlı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
 

 





14.11.2012    çap et  çap et