Gürcüstan Konstitusiya Məhkəməsinə “xarici agentlər haqqında” qanunun fəaliyyətinin dayandırılması və ləğv edilməsi tələbi ilə üç iddia qaldırılacaq.
525.az-ın "Report"-a istinadən verdiyi məlumata görə, onlardan biri Gürcüstan prezidenti Salome Zurabişvili tərəfindən hazırlanacaq və bazar ertəsi məhkəməyə göndəriləcək.
Məlumata görə, Zurabişvili hakimlər kollegiyasına hökumətin Konstitusiyanın “ölkənin Avropa və Avro-Atlantik strukturlara inteqrasiyası” ilə bağlı 78-ci maddəsini pozduğunu sübut etməyə çalışacaq.
Artıq 100-ə yaxın qeyri-hökumət təşkilatının oxşar birgə iddia hazırladığı bildirilir.
Bundan başqa, mətbuatda yayılan məlumatlara görə, müxalifət də konstitusiya iddiası hazırlayır.
çap et