Ukrayna Sərhəd Xidməti əməkdaşları 23 ukraynalının Moldovaya qanunsuz keçidinin qarşısını alıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Moldova ilə sərhədə kimi taxılyığan kombaynda gəliblər. Buradan isə qonşu dövlətə piyada keçməyə çalışıblar.
Qanun pozuntusu ilə bağlı saxlanılanlara və kombayn sürücüsünə protokol tərtib edilib, bu işdə əli olan başqa şəxslərin müəyyənləşdirilməsinə başlanılıb. Məlum olub ki, onlar səhrədi keçmək üçün təşkilatçılara 5-16 min dollar arası pul ödəyiblər.
Qeyd edək ki, Ukrayna Cinayət Məcəlləsinin 336-cı maddəsinə görə sərhədi qanunsuz keçməyə və ya buna cəhdə görə böyük məbləğdə pul cəriməsi və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
L.Tağıyeva