525.Az

Rusiyalı qadın ayının qurbanı oldu


 

Rusiyalı qadın ayının qurbanı oldu<b style="color:red"></b>

Sankt-Peterburqda həyətyanı sahəsində ayı saxlayan qadın faciəli şəkildə həlak olub.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2 ayını əhliləşdirən qadın onlardan birinin hücumuna məruz qalıb. Nəticədə qadın həyatını itirib.

Digər ayı qəfəsdə olduğundan insanlara təhlükə yaratmayıb.

Hadisə yerinə gələn polislər ayını güllələmək məcburiyyətində qalıblar.

Yeri gəlmişkən, 4 gün əvvəl də başqa bir qadın ayının qurbanı olmuşdu. Rumıniyanın Praxova əyalətində gəzintiyə çıxan cütlük vəhşinin hücumuna məruz qalmışdı. Oğlan sağ qalsa da, ayı gənc qızı parçalamışdı.

L.Tağıyeva

 





12.07.2024    çap et  çap et