|
|
|
|
Bu günə kimi Paris Olimpiadasına 8,6 milyon bilet satılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə turnirin təşkilat komitəsinin rəhbəri Toni Estanqe məlumat verib.
"Rekord 1996-cı ildə keçirilmiş Atalanta Olimpiadasına məxsus idi. O vaxt 8,6 milyon bilet satılmışdı. Az əvvəl biz bu rekordu yenilədik", - deyə T.Estanqe bildirib.
Qeyd edək ki, 26 iyul - 11 avqust arasında keçiriləcək Yay Olimpiya Oyunlarından sonra ənənəvi olaraq Paralimpiya Oyunları da baş tutacaq. Yeri gəlmişkən, bu turnirə 1 milyon bilet satılıb.
L.Tağıyeva