https://525.az/img/pics/medium/2025-06/356053_7gd7rl5n50.jpg “525-ci qəzet”in 13 iyun sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-06/355951_erorvw1n98.jpg Azərbaycan dünyada ekoloji tarazlığın qorunmasına mühüm töhfələr verir
https://525.az/img/pics/medium/2025-01/340760_6u0p40oexn.jpg Bir gün qəzet çıxmasa... - Şahanə Müşfiq yazır
https://525.az/img/pics/medium/2024-03/306993_dfebvv94fz.jpg Ələkbər Salahzadə poeziyası: şeirdə vizual struktur
search
12 İyun 2025

UEFA avrukuboklara yeni qayda gətirir

UEFA avrukuboklara yeni qayda gətirir

UEFA növbəti mövsümün əvvəlindən başlayaraq Avropa kuboklarında yeni qayda tətbiq etməyə hazılaşır.

Bu haqda Almaniyanın "Bild" nəşri məlumat yayıb. Bildirilir ki, bu qaydaya əsasən, avrokubokların matçları zamanı hakimlərlə yalnız  komandaların kapitanlarının ünsiyyət qurmasına icazə veriləcək. Hazırda belə bir qayda Avro-2024-ün matçlarında da tətbiq edilir.

Eyni zamanda Almaniya Bundesliqası, 2, 3 və 3-cü divizionlarında da bu qayda qüvvəyə minəcək. Kapitandan başqa digər meydan oyunçuları hakimlərlə ünsiyyətə girərsə, sarı vərəqə alacaq.

UEFA belə bir qaydanı hakimə qarşı mümkün hörmətsizliyin, onun ətrafında sıx toplaşmağın qarşısını almaq məqsədilə verib. 

Bəs, əgər kapitan qapıçı olarsa, o zaman meydan oyunçularında kimlər hakimə fikrini çatdıra bilər? Çünki qapıçı hər mübahisəli epizodda öz zonasını tərk etməyə məcbur qalmamalıdır. Məlumata görə, hələlik bununla bağlı prosedurlar dəqiqləşməyib. (QOL.az)

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.