525.Az

Kakao yağının sağlamlığa faydası


 

Kakao yağının sağlamlığa faydası<b style="color:red"></b>

Şokoladların tərkib hissəsi olan kakao yağının insan orqanizmi üçün mühüm faydaları var. Bu məhsul oksidləşdirici proseslərlə mübarizə aparan və insan immunitetini yaxşılaşdıran təbii antioksidantdır.

525.az xəbər verir ki, bu barədə Rusiyanın “ROSBİOTEX” Universitetinin professoru Larisa Rıseva deyib.

Onun sözlərinə görə, antioksidantlardan əlavə, kakao yağında 80%-dən çox yağ turşuları var ki, bu da orqanizmi enerji ilə təmin edən unikal triqliseridlər əmələ gətirir.

“Əgər kakao tozundan hazırlanmış, tərkibində 20-25% kakao yağı olan içki içsəniz, sağlamlığınıza fayda verərsiniz”, - professor əlavə edib.

Pərvanə Sultanova

 





12.07.2024    çap et  çap et