525.Az

Pentaqonun rəhbəri Rusiyanın müdafiə naziri ilə telefon danışığı aparıb


 

Pentaqonun rəhbəri Rusiyanın müdafiə naziri ilə telefon danışığı aparıb<b style="color:red"></b>

Pentaqonun rəhbəri Lloyd Ostin Rusiyanın müdafiə naziri Andrey Belousovla telefon danışığı aparıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, Ostin rusiyalı nazirlə söhbətində Moskva ilə Vaşinqton arasında rabitə kanallarının açıq saxlanmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu, son bir ayda ABŞ və Rusiya müdafiə nazirləri arasında ikinci telefon danışığıdır.

 





12.07.2024    çap et  çap et