525.Az

Hakan Fidan Qəzza ilə bağlı xəbərdarlıq edib


 

Hakan Fidan Qəzza ilə bağlı xəbərdarlıq edib<b style="color:red"></b>

“Qəzzada atılan hər hansı səhv addım geri dönüşü olmayan nəticələrə gətirib çıxara bilər”.

525.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud ilə telefon danışığı zamanı deyib.

O qeyd edib ki, Türkiyə Qəzzada tezliklə atəşkəsin əldə olunması və bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasının tərəfdarıdır:

“Mən beynəlxalq ictimaiyyəti daha çox qan tökülməsinin və münaqişənin genişlənməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərməyə çağırıram”.

 





14.07.2024    çap et  çap et