525.Az

Britaniyalı siyasətçi Trampı dəstəkləmək üçün ABŞ-a səfər edəcək


 

Britaniyalı siyasətçi Trampı dəstəkləmək üçün ABŞ-a səfər edəcək<b style="color:red"></b>

Böyük Britaniyanın “Reform UK” partiyasının lideri Naycel Faraj ABŞ-a səfər edəcək.

525.az “Report”-a istinadən xəbər verir ki, siyasətçi bu barədə “Teleqraf” qəzetinə yazdığı məqalədə bildirib.

Məlum olub ki, o, ABŞ-da Respublikaçılar Partiyasının Miluoki şəhərində keçiriləcək qurultayında iştirak edəcək: “Mən bunu dostum Donald Trampa dəstək olmaq üçün edirəm”.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

 





14.07.2024    çap et  çap et