525.Az

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 faizə yaxın artıb


 

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 faizə yaxın artıb<b style="color:red"></b>

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 20 milyard 540,7 milyon kubmetr qaz nəql edilib.

525.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 55,6 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 11 milyard 418,9 milyon kubmetr qaz ötürülüb. Bu, 2023-cü ilin ilk yarım ili ilə müqayisədə 4,6 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

 





15.07.2024    çap et  çap et