525.Az

Mərakeş Kralı Trampa hücumdan sonra dəstək və həmrəyliyini ifadə edib


 

Mərakeş Kralı Trampa hücumdan sonra dəstək və həmrəyliyini ifadə edib<b style="color:red"></b>

Mərakeş Kralı Əlahəzrət VI Məhəmməd şənbə günü Pensilvaniya ştatının Batler şəhərində keçirilmiş mitinq zamanı Donald Trampa qarşı baş verən sui-qəsd cəhdindən sonra sabiq prezidentə mesaj göndərərək öz dəstək və həmrəyliyini ifadə edib.

525.az  xəbər verir ki, Kral öz mesajında Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinqdə baş vermiş sui-qəsd cəhdi ilə bağlı dəhşətə gəldiyini və dərin kədər hissi duyduğunu ifadə edib.

Əlahəzrət VI Məhəmməd bu dəhşətli hücumdan sonra öz dəstək və həmrəyliyini ifadə edərək “Sizin sağ-salamat olduğunuzu bilmək məni rahatlaşdırdı”, - deyib.

O, həmçinin siyasi zorakılığı qətiyyətlə pisləyərək Trampa mesajında bildirib: “Böyük millətinizə xidmət etməyə davam etməyiniz üçün tezliklə sağalmağınızı arzulayıram. Cənab Prezident, fikirlərim və dualarım Sizinlə, ailənizlə və bu kədərli hadisənin günahsız qurbanları ilədir”.

Pərvanə Sultanova

 

 





15.07.2024    çap et  çap et