“Prezident seçkisi yarışında Donald Tramp sanki cekpot qazandı”.
525.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksandr Dudçak ABŞ-ın eks-prezidentinə sui-qəsd cəhdini şərh edərkən deyib.
“O, indi qəhrəmandır. Tramp yerində üç dəfə yıxılan Bayden kimi deyil. Gördük ki, yıxıldı, qalxdı, qan içində, əllərin qaldırdı, sadəcə möhtəşəm. Bu, Trampın seçki kampaniyasına çox müsbət təsir göstərəcək”, - ekspert bildirib.
O, vurğulayıb ki, Tramp rahatlamamalıdır, çünki sui-qəsd sonuncu ola bilməz.
İyulun 13-də Tramp Pensilvaniyada mitinq zamanı sui-qəsdə məruz qalıb. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Yardım alındıqdan sonra ABŞ-ın keçmiş prezidenti xəstəxanadan buraxılıb.
Atəş açan məhv edilib və şəxsiyyəti müəyyənləşib. Həmin şəxs 20 yaşlı Pensilvaniya əsilli Tomas Metyu Kruksdur. Gənc oğlan Trampın danışdığı səhnənin təxminən 120 metrliyində istehsalat fabrikinin damından atəş açıb.
Pərvanə Sultanova
çap et