525.Az

ABŞ Məxfi Xidməti seçki kampaniyasının sonuna kimi Trampın mühafizəsini gücləndirib


 

ABŞ Məxfi Xidməti seçki kampaniyasının sonuna kimi Trampın mühafizəsini gücləndirib<b style="color:red"></b>

ABŞ Məxfi Xidməti keçmiş prezident, hazırda prezidentliyə namizəd olan Donald Trampın mühafizəsini gücləndirib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Məxfi Xidmətin rəisi Kim Çitl bildirib.

O, Pensilvaniya ştatında mitinqdə sui-qəsd cəhdindən sonra Donald Trampın mühafizəsinin seçki kompaniyasının sonuna kimi gücləndirdiyini deyib.

Xanım Çitlın sözlərinə görə, Məxfi Xidmət tərəfindən iyun ayında Trampla bağlı həyata keçirilən əlavə təhlükəsizlik tədbirlərinin davamı olaraq, Respublikaçılar Partiyasının qurultayında və seçki kampaniyasının sonuna qədər sabiq prezidentin etibarlı mühafizəsini təmin etmək üçün şənbə günündən etibarən təhlükəsizlik tədbirlərinin detallarında dəyişikliklər edilib.

 





15.07.2024    çap et  çap et