525.Az

Bəşər Əsəd Ərdoğanla görüş ehtimalını istisna etməyib


 

Bəşər Əsəd Ərdoğanla görüş ehtimalını istisna etməyib<b style="color:red"></b>

Suriya Prezidenti Bəşər Əsəd bu gün verdiyi açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş ehtimalını istisna etməyib.

525.az APA -ya istinadən xəbər verir ki, o bunun görüşün gündəmindən asılı olacağını deyib.

Əsədin jurnalistlərin suallarını cavablandırarkən türk əsgərlərinin Suriya ərazisindən çıxarılması məsələsinin gündəmə gələcəyi təqdirdə Ərdoğanla görüşə biləcəyini bildirib.

Xatırladaq ki, Prezident Ərdoğan iyulun 7-də jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Suriya ilə normallaşma prosesi ilə bağlı istənilən vaxt Əsədə dəvət göndərə bilər.

 





15.07.2024    çap et  çap et