525.Az

İsrail XİN: Girovlar azad edilmədən Qəzzada atəşkəs olmayacaq


 

İsrail XİN: Girovlar azad edilmədən Qəzzada atəşkəs olmayacaq<b style="color:red"></b>

İsrailin xarici işlər naziri İsrael Kats Böyük britaniyalı həmkarı Devid Lemmidən girovlar azad edilmədən Qəzza zolağında atəşkəsin olmayacağına dair mesajını HƏMAS-a çatdırmağı xahiş edib.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

“Böyük Britaniya və dünya HƏMAS-a açıq şəkildə bildirməlidir ki, girovlar azad edilmədən Qəzza zolağında atəşkəs olmayacaq”, - məlumatda qeyd edilib.

 





15.07.2024    çap et  çap et