525.Az

Hərbi komissarlığa qumbara atıldı


 

Hərbi komissarlığa qumbara atıldı<b style="color:red"></b>

Ukraynanın Lvov vilayətinin Busk şəhərində hərbi komissarlığın binasına qumbara atılıb.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər hərbi komissarlığın binasına qumbara atıblar.

Partlayış nəticəsində bir neçə otağın şüşəsi qırılıb, inventara ziyan dəyib. Hadisə gecə törədildiyindən binada kimsə yox imiş və bu səbəbdən xəsarət alan olmayıb.

Qeyd edək ki, bu, son 10 gündə hərbi komissarlıqlara edilən 2-ci hücum faktıdır. İyulun 5-də Jitomir vilayətinin Baranovka qəsəbəsində əsasən qadınlardan ibarət bir qrup komissarlığın binasına hücum çəkmiş, nəticədə bir nəfər həyatını itirmişdi.

L.Tağıyeva

 





15.07.2024    çap et  çap et