525.Az

Zelenski: Trampın qalib gəlməsindən qorxmuram


 

Zelenski: Trampın qalib gəlməsindən qorxmuram<b style="color:red"></b>

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə sabiq prezident Donald Trampla işləmək istədiklərini bildirib.

525.az APA-ya istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransında ABŞ-da keçiriləcək prezident seçkilərinə münasibət bildirib.

Zelenski Donald Tramp prezident olarsa, onunla işləyəcəyini və bundan qorxmadığını deyib.

ABŞ-da Respublikaçılar Partiyasında çoxluğun Ukraynanı və xalqını dəstəklədiyini bildirən Zelenski “Biz hər iki partiya tərəfindən dəstəklənirik. ABŞ siyasətinin Respublikaçı qanadı ilə isə daha güclü əlaqələrimiz var”, deyib.

 





15.07.2024    çap et  çap et