Britaniyanın Azərbaycandakı Ticarət Palatası (BCCA) Böyük Britaniyanın Bakıdakı səfirliyi, Azerconnect Group, Pasha Holding və Mərkəz Bank tərəfdaşları ilə birgə “Böyük İnnovasiya” tədbiri keçirib.
525.az-a BCCA-dan verilən məlumata görə, Palata Azərbaycanda fəaliyyət göstərən sənaye liderlərini və tanınmış şirkətlərin əsas simalarını salamlayıb.
Görüşdə Britaniya səfirliyinin ticarət meneceri və COP29 nümayəndəsi xanım Harriet Umpleby da iştirak edib.
Tədbir zamanı müxtəlif mövzular müzakirə olunub. Pasha Holding-in nümayəndəsi Fərrux Əliyev və INMerge - İnnovasiya Sammitinin səyləri ilə dəstəklənən innovasiyalar və sahibkarlıq haqqında fikirlərini bölüşüb: “InMerge – İnnovasiya Sammiti Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Özbəkistanı əhatə edən regionun əsas biznes tədbirinə çevrilib. Biz İnnovasiya Ekosisteminin gücləndirilməsinə yönəlmiş qabaqcıl təşəbbüslərlə yol açmaqdan qürur duyuruq. İnnovasiya təşəbbüslərini irəli sürməklə, biz təkcə biznes mənzərəmizi yaxşılaşdırmırıq, həm də daha geniş regional ekosistemi dəstəkləyirik”.
Mərkəzi Bankın İnnovasiyalar və Maliyyə texnologiyaları departamentinin rəhbəri Fidan Tofidi Xanım Fidan Tofidi fintech innovasiyalarının maliyyə inklüzivliyini necə təşviq edə biləcəyi və Mərkəzi Bankın bu məqsədi dəstəkləmək üçün təşəbbüsləri ilə bağlı sessiyanı aparıb: “Biz ölkədə inkişaf edən fintech ekosistemi qurmağa və dövlət dəstəyi axtaran fintech sənayesi üçün bir pəncərə olmağa calışırıq”.
Azerconnect Group-un baş direktorunun müavini Dövlət Dövlətov telekommunikasiya və rəqəmsal inkişafın gələcəyi barədə danışıb: “Ölkənin aparıcı İKT şirkəti olaraq biz qabaqcıl ödəniş sistemləri və digər qabaqcıl fintech təklifləri də daxil olmaqla, innovativ həllər təqdim etməyə sadiqik. Bu il biz Vodafone ilə strateji tərəfdaşlıq qurduq ki, onların təcrübəsindən yararlanaq və Azərbaycanda daha qabaqcıl həllər təqdim etməklə ölkənin rəqəmsal və davamlı inkişafına əhəmiyyətli töhfə verdik.
Xanım Harriet Umpleby COP29-un yaratdığı kommersiya imkanlarını təqdim edib və Britaniya-Azərbaycan tərəfdaşlığının Azərbaycanda innovasiyaları və təmiz inkişafı necə irəli apara biləcəyini qeyd edib.
Tədbir Böyük Britaniya Səfirliyində Biznes və Ticarət Departamentinin (DBT) ölkə üzrə direktoru Joel Derbişirin vidalaşma mərasimi ilə davam edib. Vida nitqində Derbişir Azərbaycanda işlədiyi dörd il ərzində göstərdikləri dəstəyə görə işgüzar dairələrə təşəkkürünü ifadə edib: “Son dörd il ərzində səfirlik və Palata çoxlu sayda innovativ Böyük Britaniya firmalarının Azərbaycan bazarına daxil olması və ilk dəfə Azərbaycan şirkətləri ilə tərəfdaşlıq etməsi üçün dəstək göstərib. Bu, qeyri-neft və qaz sektorunda yeni strateji tərəfdaşlıqlar Azərbaycan şirkətlərinə yeni gəlir mənbələri və insan kapitalı yaratmağa kömək edib.
İkitərəfli ticarəti inkişaf etdirmək üçün Britaniya Ticarət Palatasının üzvləri ilə işləmək çox xoşdur və mən əminəm ki, davamçım Aleks Tyrrell Böyük Britaniya-Azərbaycan tərəfdaşlığını daha da yüksək səviyyəyə qaldırmağa kömək edəcək.
Pərvanə