Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlara əsasən, 18 hüquqi və 4 fiziki şəxs barəsində cəmi 22 inzibati xəta haqqında protokol tərtib edilərək qanunvericilik tədbirləri həyata keçirilib.
525.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə müşahidə olunan 27 % azalma vətəndaş müraciətlərinin operativ emalı və istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin artırılmasına işarə edir.