|
|
|
|
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin "Neftçi"yə keçidi rəsmiləşib.
525.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu 3 illik müqavilə imzalanıb. O, paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, R.Şeydayevin son klubu Türkiyənin 2-ci Liqa təmsilçisi "Kocaelispor" olub.
Ramil Şeydayev daha əvvəl də üç dəfə Azərbaycan Premyer Liqasında oynayıb. O, Bu, 2017-18 və 2021-23-cü illərdə "Qarabağ", 2020-2021-ci ildə isə "Sabah"da çıxış edib.
Şeydayev peşəkar karyerası ərzində "Zenit" (Rusiya), "Trabzonspor" (Türkiyə), "Jilina" (Slovakiya), "Krılya Sovetov" (Rusiya), "Dinamo" (Moskva, Rusiya), "Buriram Yunayted"də (Tayland) də çıxış edib.