Yay aylarında temperaturun yüksəlməsi sağlamlıq üçün mənfi nəticələrə səbəb ola bilər. Bu özünü həddindən artıq susuzlama, başgicəllənmə, mövcud ürək-damar xəstəliklərinin kəskinləşməsində göstərir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər bu risklərdən qorunmaq üçün öz tövsiyələrini veriblər. Onlar hesab edirlər ki, kəskin istidən qorunmaq üçün səhər saat 10-dan axşam 4-ə qədər açıq havada daha az vaxt keçirmək lazımdır.
Eyni zamanda, təbii parçalardan hazırlanmış yüngül və boş geyimlərə üstünlük verilməli, sərin duş qəbul edilməlidir. Şəkərli içkilərdən və spirtdən uzaq durmağa çalışıb, mütəmadi olaraq təmiz su içmək məsləhətdir.
Müəyyən xroniki xəstəlikləri olan insanlar gün ərzində içməli olduqları mayenin miqdarı barədə həkimlərindən tövsiyələr almalıdırlar.
İstidə özünüzü pis hiss edənlər - başgicəllənmə, halsızlıq, həddindən artıq yorğunluq və ya baş ağrıları olanlar həkimə müraciət etməlidirlər.
Mütəxəssislər soyuq su içməyi məsləhət görmürlər. Çünki bu, susuzluğu yatırmır, çay və ya şəkərsiz kvas içmək tövsiyə olunur. Şirin qazlı içkilərlə isə hər şey aydındır, nə qədər çox içsən, bir o qədər çox istəyirsən.
Ekspertlər məsləhət görürlər ki, hər gəzintidən sonra ayaqlarınızı sərin su ilə yuyun. Orada çoxlu bioloji aktiv nöqtələr var və bu, xoş və faydalıdır. Mümkünsə, yuxunu yarıya bölün, ən isti vaxtda siesta edin.
Mütəxəssilər su içməyin ən yaxşı yolunu açıqlayıblar. Bədəndən toksinləri çıxarmaq üçün bədən su tələb edir. Ancaq nə qədər su içmək deyil, həm də içmə vaxtı vacibdir. Oyandıqdan sonra 2 stəkan su daxili orqanların işini işə salmağa və aktivləşdirməyə kömək edir. Yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan su həzmə kömək edir. Duş qəbul etməzdən əvvəl 1 stəkan su təzyiqi aşağı salmağa kömək edir. Yatmazdan əvvəl 1 stəkan su insult və ya infarktın, gecə ayaq qıcolmasının qarşısını alır.
Pərvanə Sultanova