525.Az

Avropa Parlamenti müdafiə komitəsi yaratmağa yaxındır


 

Avropa Parlamenti müdafiə komitəsi yaratmağa yaxındır<b style="color:red"></b>

Avropa Parlamentinin ən böyük fraksiyaları təhlükəsizlik və müdafiə üzrə alt komitənin tamhüquqlu komitəyə çevrilməsi ilə bağlı saziş bağlamağa yaxındırlar.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Euractiv" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, əvvəllər bu addıma qarşı çıxan sosial-demokratlar Avropa Xalq Partiyası (AXP) və liberalların sentyabra qədər tam tərkibdə komitə yaratmaq tələbləri ilə razılaşıblar.

Yeni komitənin təhlükəsizlik və müdafiə üzrə hazırkı alt komitənin, eləcə də hazırda müdafiə sənayesi məsələləri ilə məşğul olan sənaye və daxili bazar komitələrinin səlahiyyətlərinin bir hissəsini öz üzərinə götürəcəyi gözlənilir.

 





16.07.2024    çap et  çap et