Ukrayna Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə təbii qaz ehtiyatlarının yaradılması üçün 200 milyon avro məbləğində yardımı nəzərdə tutan saziş imzalayıb.
525.az "Report" -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.
“Ukrayna strateji təbii qaz ehtiyatlarının yaradılması və enerji təhlükəsizliyi üçün “Naftaqaz” QSC-yə dəstək üçün EBRD-dən 200 milyon avro alacaq”, - məlumatda bildirilir.
Qeyd olunur ki, bu gün dövlət sektorunda EBRD ilə ümumi həcmi 2,1 milyard avro olan 10 birgə layihə icra mərhələsindədir.
çap et