525.Az

Aİ İrana qarşı sanksiyaların müddətini uzadıb


 

Aİ İrana qarşı sanksiyaların müddətini uzadıb<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Rusiyaya və Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qruplaşmalara hərbi dəstək verdiyi üçün İrana qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Şurasından edilən yazılı açıqlamada, Rusiyaya və Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qruplara verdiyi hərbi dəstək səbəbiylə mayın 14-də başladılan sanksiyaların müddətinin 1 il uzadıldığı açıqlanıb.

Açıqlamada bildirilib ki, müddətin uzadılması qərarına ildə bir dəfə yenidən baxılacaq.

Sözügedən sanksiya rejimi çərçivəsində 12 şəxs və 9 təşkilat siyahıya alınıb.

Qeyd edək ki, Aİ-nin sanksiya rejiminə aktivlərin dondurulması, siyahıda adı çəkilən şəxslər və təşkilatlardan birbaşa və ya dolayı iqtisadi faydaların verilməsinə qadağa qoyulması və Aİ-yə səyahətin qadağan edilməsi daxildir.

Malik Atilay

 





17.07.2024    çap et  çap et