525.Az

Cənubi Sudanda 250 min uşaq malyariyaya qarşı peyvənd olunacaq


 

Cənubi Sudanda 250 min uşaq malyariyaya qarşı peyvənd olunacaq<b style="color:red"></b>

Cənubi Sudanda 250 min uşağın malyariya epidemiyasına qarşı peyvənd ediləcəyi açıqlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki , Cənubi Sudan səhiyyə naziri Yolanda Awel Denq mətbuata açıqlamasında malyariya epidemiyasına qarşı istehsal edilən "R21/Matrix-M" adlı yeni peyvəndin malyariya ilə mübarizədə istifadə olunmağa başlanacağını bildirib.

Ölkədə 5 yaşdan kiçik 250 min uşağın peyvənd ediləcəyini qeyd edən Denq: "Malarya ölkəmiz üçün böyük bir narahatlıq mənbəyidir. Biz malyariyanın təsirini azaltmaq və uşaqlarımızın sağlamlıq problemlərini həll etmək qərarındayıq", - deyib.

Daha əvvəl bildirilib ki, “R21/Matrix-M” adlı yeni peyvənd növü ilk dəfə Fil Dişi Sahilində tətbiq olunmağa başlayıb.

Malik Atilay 

 





17.07.2024    çap et  çap et