|
|
|
|
Yeni Zelandiyada Otaqo şəhəri yaxınlığında dəniz sahilndə qəribə məxluqun leşi tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, leşi müayinə edən alimlər onun balinaların nadir növü olduğu qənaətinə gəliblər. 5 metr uzunluğu olan balinanı ləpələr sahilə atıb.
10 gün aparılan araşdırmalardan sonra görə leşin çəkicdişli balinaya aid olduğu məlum olub. Maraqlıdır ki, hələ indiyə kimi heç kim bu növü canlı görməyib. İnsanlar son 150 ildə bir neçə dəfə Yeni Zelandiya və Çili sahillərində onların skeletlərinə rast gəliblər. Leşləri ilə isə ilk dəfə 2012-ci ildə “tanış olublar”. Ümumiyyətlə, bu hadisəyə kimi cəmi 6 leş tapılıb ki, onların da hamısı DNT analizi aparılmadan basdırılıb.
Qeyd edək ki, çəkicdişli balinalar haqqında çox az bilgi var. Alimlər onların sayı, yaşayış arealı, qida rasionu və s. haqqında məlumatsızdırlar.
L.Tağıyeva