525.Az

“Tayvan ABŞ-a pul ödəməlidir” - Tramp


 

“Tayvan ABŞ-a pul ödəməlidir” - <b style="color:red"> Tramp</b>

“Tayvan müdafiə dəstəyi üçün ABŞ-a pul ödəməlidir”.

525.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə respublikaçıların namizədi, sabiq dövlət başçısı  Donald Tramp Bloomberg-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Taypey Vaşinqtonun köməyi müqabilində heç nə vermir.

“Düşünürəm ki, Tayvan müdafiə üçün bizə pul ödəməlidir. Belə görünür ki, ABŞ-ın sığorta şirkətindən heç bir fərqi yoxdur. Yardımımız müqabilində bizə heç nə vermirlər”, - Tramp əlavə edib.

Pərvanə Sultanova

 





17.07.2024    çap et  çap et