Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının “Əhməd Cavad sözün başıdır, gələcəyin əbədiyyətidir” açıqlaması əsasında 5 may 2024 tarixində - şairin doğum günündə Əhməd Cavad İnstitutu yaradılıb.
İnstitutun rəhbəri MHP sədrinin baş müşaviri professor Ruhi Ərsoydur. İnstitutun İdarə Heyətinin ilk iclası rəmzi olaraq məhz 28 Mayda - Azərbaycanın Müstəqillik Günündə keçirilib. MHP daxilində fəaliyyətə başlayan Əhməd Cavad İnstitutunun İdarə Heyətinin üzvləri professor İlyas Topsakal, professor Muhammet Hanifi Macit, dosent Esma Özdaşlı, dosent Turan Şahin, Kadir Yıldız, Özgür Bayraktar və həmyerlimiz doktor Elnur Paşadır. İnstitutun yaradılma məqsədi və fəaliyyət istiqamətləri aşağıdakılardır: Əhməd Cavadın çoxşaxəli fəaliyyətini araşdırmaq;Türk Dünyasına, o cümlədən mədəniyyət, incəsənət və ədəbiyyata verdiyi töhfələri incələmək; Türk dünyasında ortaq fikir və duyğu birliyinin genişlənməsinə xidmət etmək; Türkiyədə və türklərin məskunlaşdığı coğrafiyalarda aparılan işlərin keyfiyyət və yayılma baxımından inkişafını təmin etmək; elmi, ictimai və mədəni fəaliyyətlər həyata keçirərək türk şüurunun inkişafına töhfə vermək və s.
Bu il iyulun 10-da Əhməd Cavad İnstitutunun direktoru professor Ruhi Ersoyun sədrliyi ilə Ankarada alimlərlə məsləhətləşmə toplantısı keçirilib. Toplantıda UNESCO üzrə Türkiyə Milli Komissiyasının İdarə Heyətinin sədri professor Öcal Oğuz, TRT Avaz koordinatoru Sedat Sağırkaya, Türkiyə İşbirliyi Koordinasiya Agentliyinin (TİKA) sədr müavini doktor Mahmut Çevik,TÜRKSOY baş katibinin təmsilçisi Sabırbek Börübay,prodüser ve ssenarist Halis Can Kurutlu kimi şəxslərlə yanaşı, Türkiyənin çox dəyərli alimləri və yazıçıları iştirak ediblər. Qeyd edək ki, toplantıya dəvət olunan alimlər arasında doktor Qiyas Şüküroğluvə həmyerlimiz dosent Afina Məmmədli Barmanbay da var.
Qeyd edək ki, Qars Qafqaz Universiteti Çağdaş Türk ləhcələri və ədəbiyyatları kafedrasının dosenti Afina Məmmədli Barmanbay 2010-cu ildə “Əhməd Cavad və Türkiyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Afina xanım 3 may 2017 tarixində mərhum millət vəkili Qənirə Paşayeva, professor Yavuz Akpınar və dosent İlkin Qulusoyun iştirakı ilə “Çırpınırdı Qara dəniz” adlı konfranstəşkil edib. Dosent Afina Məmmədli Barmanbayınverdiyi məlumata görə, 10 iyul 2024-cü il tarixində Əhməd Cavad İnstitutu tərəfindən təşkil edilən müşavirədə açılış nitqi ilə çıxış edən professor Ruhi Ərsoy Əhməd Cavadın türk dünyasının mübarizə simvoluna çevrildiyindən, onun adına qurulan institutun türkçülük uğrunda canından keçmiş ziyalıların öyrənilməsi və tanınması üçün elmi mərkəz rolunu oynayacağından bəhs edib. Professor Ruhi Ərsoy başda Əhməd
Cavad olmaqla repressiya qurbanlarının həyatını, yaradıcılığını, ədəbi və elmi fəaliyyətlərini araşdırmaq, onları Türkiyə ictimaiyyətinə
tanıtmaq üçün fəaliyyətə başladıqlarını qeyd edib. Əhməd Cavadın həyat yoldaşı və ailəsinin timsalında repressiya qurbanlarının çəkdiyi zülmə əsaslanaraq doçent Esma Özdaşlı 8 Mart Beynəlxalq Qadınlar Günündə daha yerli və milli “Qadınlar günü” tədbiri təşkil etməyitəklif edib.
Dosent Afina Məmmədli Barmanbay şair Əhməd Cavadın məqalə və hekayə müəllifliyi məsələlərinə diqqət çəkib. O, sənətkarın “Qars məktubları” adlı yeni məqaləsini, eləcə də bir neçə uşaq hekayəsini tapdığını bəyan edib. Afina xanım Əhməd Cavad irsini diqqətlə araşdırmaq, xüsusilə 1914-1917-ci illərə aid qəzet və jurnallarda Əhməd Cavad imzasını axtarmaq lazım gəldiyini söyləyib.
Dosent Afina Məmmədli Barmanbay iclas iştirakçılarının çox gərəkli və maraqlı təkliflər irəli sürdüyünü bildirib. İclasda fikir mübadiləsi aparıldıqdan sonra qəbul edilən qərarlar aşağıdakılardır:
Əhməd Cevadın yazdığı “Çırpınırdı Qara dəniz” şeiri Qazi Mustafa Kamal Atatürkə düz 100 il əvvəl, 1924-cü il oktyabrın 8-də Qars
səfəri zamanı səsləndirilib.Bu kontekstdə toplantıda Cümhurbaşqanlığı Simfonik Orkestri və Beynəlxalq Türk Kültür Təşkilatı (TÜRKSOY) ilə birgə oktyabr ayında konsertin təşkili;məktəblərə, küçələrə və təhsil mərkəzlərinə Əhməd Cavad adının verilməsi üçün müvafiq qurumlarla əlaqə saxlamaq;Əhməd Cavadın əsərlərinin yenidən toplanması, varsa, başqa əsərlərinin tapılması və külliyatının hazırlanması; Əhməd Cavad Beynəlxalq Simpoziumunun təşkili; Əhməd Cavadın həyatından bəhs edən qısametrajlı, sənədli, bədii və bioqrafik filmlərin hazırlanması və s.