525.Az

Polis Finlandiya parlamentinin deputatından qeydiyyatsız silahlar götürüb


 

Polis Finlandiya parlamentinin deputatından qeydiyyatsız silahlar götürüb<b style="color:red"></b>

Finlandiya polisi milli parlament üzvü (əvvəllər Əsl Finlər fraksiyasını təmsil edib - Qeyd) Timo Vornarenin evində axtarış aparıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Yle” teleradio kanalı məlumat yayıb.

Axtarış zamanı qeydiyyatsız olan iki qaz tapançası və iki silah darağı götürülüb. Deputat hüquq-mühafizə orqanlarına bildirib ki, parlamentdəki iş yerinə iki dəfə silah gətirib.

Vornaren keçmiş polis məmurudur və silah gəzdirmək icazəsi var.

Qeyd edək ki, aprelin 26-da Vornaren restoranda digər müştərilərlə mübahisə edib və üzərindəki silahla yerə atəş açıb. Faktla bağlı cinayət işi açılıb.

 





17.07.2024    çap et  çap et