Tailandın Nakxonratçasima şəhər qəbirstanının rəhbərliyi qəribə aksiya keçirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar ölülər üçün kino seansı təşkil ediblər.
Təşkilatçılar məzarlıqda ekran quraşdırıb, stullar düzüblər. Filmə təkcə ölülər "baxmayıb". Ora dirilərin də girişinə icazə verilib.
Maraqlıdır ki, aksiya təkcə bundan ibarət olmayıb. Təşkilatçılar ölülər üçün ziyafət də təşkil ediblər. Belə ki, onlar mərhumlar üçün avtomobil, ev, yemək və s. təşkil ediblər. Əlbəttə real deyil, şəkillərdə.
L.Tağıyeva