https://525.az/img/pics/medium/2025-06/356547_ln6t6wzy9a.jpg Sistemli elmi araşdırmalar toplusu
https://525.az/img/pics/medium/2025-06/356525_s8tl7wfrmd.jpg Müstəqil siyasətin təzahürü
https://525.az/img/pics/medium/2025-01/340760_6u0p40oexn.jpg Bölgələrdə teatr: unudulmuş səhnələrin səssiz harayı - Şahanə Müşfiq yazır
https://525.az/img/pics/medium/2025-06/356507_0cilbo4gjh.jpg “525-ci qəzet”in 18 iyun sayında nələr var? - ANONS
search
18 İyun 2025
17 İyun 2025

"Qarabağ" yeni transferi rəsmən açıqladı

"Qarabağ" yeni transferi rəsmən açıqladı

"Qarabağ" yeni mövsüm üçün növbəti transferini gerçəkləşdirib.

525.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin yaydığı rəsmi məlumatda bildirilib.

"Qarabağ" qapıçı Şahrudin Məhəmmədəliyevi heyətinə cəlb edib. Klubula 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb. 

Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər Ağdam klubunda çıxış edəcək.

"Qarabağ" bu yay qapıçı Fabian Buntiç və hücumçu Musa Qurbanlını da heyətinə qatıb.

Məhəmmədəliyev 2016-23-cü illərdə də "Qarabağ"ın formasını geyinib. O, 2023-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Şahrudin Ağdam təmsilçisi ilə 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, Şahruddin Azərbaycan milli komandasında 29 oyun keçirib.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.