https://525.az/img/pics/medium/2025-05/353129_5ccrfbh19s.jpg “525-ci qəzet”in 16 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-05/353125_d6scf7e4px.jpg Zamanı aşan söz
https://525.az/img/pics/medium/2025-05/353018_lnx3p2r5j8.jpg "Azərbaycan qadınları xalqımızın tarixinə sanballı töhfələr veriblər"
https://525.az/img/pics/medium/2025-01/340760_6u0p40oexn.jpg "Köhnəlməyən xiffət"ə sözardı... - Şahanə Müşfiq yazır
search
15 May 2025

"Qarabağ"ın bombardirini almaq istəyən tanınmış klub fikrindən niyə daşındı?

"Qarabağ"ın bombardirini almaq istəyən tanınmış klub fikrindən niyə daşındı?

"Qarabağ"ın futbolçusu Juninyo bu yay Moskvanın tanınmış "Lokomotiv" klubunun maraq dairəsində olub.

QOL.az xəbər verir ki, bu haqda məlumat Rusiyanın "Matç TV" kanalının saytında yayılıb. Bildirilib ki, paytaxt təmsilçisi bununla bağlı Ağdam klubu ilə danışıqlar da aparıb. Amma Juninyo üçün tələb olunan məbləğdən sonra "dəmiryolçular" 27 yaşlı futbolçunu transfer etmək məsələsini qabadıb.

Qeyd edək ki, 2023-cü ilin yayında "Qarabağ"a keçən Juninyonun Ağdam klubu ilə 2026-cı ilin iyunun 30-dək müqaviləsi var.

Əlavə edək ki, Juninyo ötən mövsüm bütün turnirlərdə 55 oyun keçirib və 31 qol vurub. Bu nəticə ilə o, "Qarabağ"ın 2023/24 mövsümü üçün bombardiri olub. Braziliyalı həmçinin 11 qolun ötürməsini edib.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.