525.Az

Olaf Şolzun qardaşının maaşı qalmaqala səbəb olub


 

Olaf Şolzun qardaşının maaşı qalmaqala səbəb olub   <b style="color:red"></b>

Almaniyada kansler Olaf Şolzun qardaşı Yensin maaşı ilə bağlı qalmaqal yaşanıb.

525.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Kanslerin 64 yaşlı qardaşının rəhbərlik etdiyi Şlezviq-Holşteyn Universitetinin Tibb Mərkəzi 100 milyon avro zərər etməsinə baxmayaraq, o, illik 480 min avro maaşından əlavə 180 min avro mükafat alıb. Kanslerin qardaşı bu universitetdə ən yüksək maaş alan dövlət məmurudur.

Xəstəxana sözçüsü bildirib ki, Şolzun pul mükafatı ilə bağlı bütün məlumatlar məxfidir.

Nəşr, həmçinin yazır ki, Almaniya Maliyyə Nazirliyi də məsələyə şərh verməyib.

Pərvanə Sultanova

 





18.07.2024    çap et  çap et