|
|
|
|
Mehmet Arif DEMİRER
Türk-Erməni Məsələsini Araşdırma Fondunun (TEKAR Vəqfi) başqanı, tarixçi-yazar
Bir Amerika filmində (Man On A Ledge, 2012) Pis adam iddia edir ki, onun 20 milyon dollar dəyərindəki brilyantını Yaxşı adam oğurlayıb. Buna görə Yaxşı adamı həbs etdirir. Sığortadan brilyantın dəyərinə yaxın nağd pul alır və bütün yarımçıq işlərini bu pullarla yoluna qoyur. Oğurlandığını iddia etdiyi brilyant isə onun gizli bir kassasındadır. Yaxşı adam çox çalışır və həqiqətin ortaya çıxmasını təmin edir. Həbsdən qurtulur və film bitir.
"1915-ci il model" filmdə (Erməni soyqırımı) Yaxşı adam müsəlman türk, Pis adam isə xristian ermənilərdir. 20 milyon dəyərindəki brilyant isə "müsəlman türklər tərəfindən qətlə yetirildiyi" iddia edilən 1.5 milyon Osmanlı ermənisidir. Bu, "1915-ci il model" filmində Yaxşı adam heç kimin etiraz edə bilməyəcəyi sənəd və nəşrlərə əsaslanaraq, 1 586 000 Osmanlı ermənisinin həyatda olduğunu sübut edir. Həbs halı ləğv edilmir, 30 xristian ölkəsinin parlament qərarları dəyişmir, ləğv olunmur. Film sona çatmır. Bilirsiniz niyə? Çünki 90 milyon türk milləti bu mövzu ilə maraqlanmır, adlı-sanlı türk mediasının kifayət qədər kadrı yoxdur, türk siyasətçisi özünə ən qısa müddətdə səs və ya şöhrət qazandırmayan heç bir mövzu ilə maraqlanmır. Bu halda, Türkiyədən çıxan zəif bir səs Türkiyədən kənarda heç bir işə yaramır.
Mövzu ilə maraqlana biləcək və mütləq maraqlanmalı olan Türk dünyası var. 2023-cü ildə 256 milyard dollar ixracat həyata keçirilib. Təxminən gündə 20 milyard lirə edir. Bu məbləğ əgər inamlı şəkildə səfərbər edilsə, "1915 model" filmində Yaxşı adamın haqlılığının təbliğatı üçün pul problemi olmayacaq deməkdir.
Ancaq dərhal qeyd edim ki, filmin Pis adamının saxtakarlığının tərəfdaşları çox güclüdür: ABŞ prezidentləri.
İngilis jurnalistikası dəyişiminin bir nümünəsi - iki "The Times" qəzeti
30 oktyabr 1923, səhifə 12. İngiltərə üçün "Xarici xəbərlər" bölməsində önəmi vurğulanmamış bir xəbər başlığı: "Kemal Paşa iqtidara can atır".
Alt başlıqlar: "Türkiyə Respublikası. Hökumət böhranının uzadılması".
Və "The Times"ın hadisəni önəmsizləşdirmə cəhdi: Türkiyədə Cümhuriyyətin elan edilməsi dünyada ilk müsəlman cümhuriyyət rejiminin elanı deyil, sadəcə olaraq "hökumət qura bilməməsi ilə bağlı böhranı aradan qaldırmaq" və daha da önəmlisi, guya "diktaturanı qanuniləşdirmək" cəhdidir.
Xülasə: "The Times" qəzetinin yazdığına görə, 29 oktyabr 1923-cü ildə Mustafa Kamal Paşa guya Diktator idi.
lll
9 avqust 1938-ci il. Eyni qəzetin möhtəşəm, 40 səhifəlik Türkiyə əlavəsi, Türkiyə sayı: Üz qabığında Ankaranın Ulus meydanındakı Zəfər abidəsi var. Ana səhifənin ortasında Atatürkün şəkli və üç söz yan-yana: Əsgər-Dövlət Adamı-Lider
Ümid edirəm ki, "The Times" 15 il əvvəl "Diktator" kimi qələmə verdiyi Mustafa Kamal Paşanı 15 il sonra necə "Lider-Dövlət Adamı" məqamında gördüsə, erməni saxtakarlığının tərəfdaşları, xüsusən də prezident Bayden və bütün ermənipərəst amerikalılar da bir gün həqiqəti görər və bu absurd "soyqırımı" ittihamından özləri əl çəkərlər.
Çevirən: Elşad BARAT