525.Az

Ukrayna Gürcüstanla bərə reyslərinin bərpasını təxirə salıb


 

Ukrayna Gürcüstanla bərə reyslərinin bərpasını təxirə salıb<b style="color:red"></b>

Ukrayna Gürcüstanla bərə reyslərinin bərpasını təxirə salıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Batumi ilə Çernomorsk arasında iyulun 9-na planlaşdırılan ilk səfər iyulun 24-nə təxirə salınıb. Bərə marşrutu Krımdan yan keçir. İlk reys iyulun 12-də Gürcüstana çatmalı idi.

Vaxtın dəyişdirilməsinin səbəbləri açıqlanmayıb.

Qeyd edilib ki, Gürcüstanla əlaqələrin bərpası Kiyevə Qafqaz və Mərkəzi Asiya bazarlarına çıxış əldə etməyə imkan verəcək.

 





18.07.2024    çap et  çap et