Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
525.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Zirə" Moldova "Şerif"i ilə bu dəfə Bakıda qarşılaşıb. "Dalğa Arena"da keçirilən matçın əsasə vaxtı "Şerif"in 2:1 hesablı üstünlüyü ilə başa çatıb. İki oyunda ümumi hesab 2:2 olduğundan əlavə vaxt oynanılıb. Burada hesab dəyişmədiyindən qalib penaltilərlə müəyyənləşib. "Şerif" penaltilərdə daha dəqiq olaraq(5:4) növbəti mərhələyə yüksəlib.
"Zirə" mübarizəni Konfrans Liqasının ikinci mərhələsində davam etdirəcək. Rəqib isə Slovakiyanın "Dak-1904" klubudur.
Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları
20:00. "Zirə" (Azərbaycan) - "Şerif" (Moldova) - 1:2 (Penaltilər - 4:5)
Qol: Rafael Utziq, 5 (1:0), Əyyub Allaş, 54 (1:1), Papa Yade, 77 (1:2)
Qırmızı vərəqə: Salifu Suma, 40 ("Zirə")
Hakimlər: Bulat Sarıyev, Denis Lobaşov, Yuri Tixonyuk, Aidın Tossibayev (Qazaxıstan)
"Dalğa Arena"
İlk oyun - 1:0