525.Az

Almaniyada sağçı “Compact” jurnalı qadağan edilib


 

Almaniyada sağçı “Compact” jurnalı qadağan edilib<b style="color:red"></b>

Almaniyanın daxili işlər naziri Nensi Fazer daxili kəşfiyyat xidməti olan Konstitusiyanın Mühafizəsi Təşkilatı tərəfindən ifrat sağçı kimi təsnif edilən “Compact” jurnalını qadağan edib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Nazir Nensi Fazer verdiyi yazılı açıqlamada: "Mən ifrat sağçı "Compact" jurnalını qadağan etdim. Bu jurnal ifrat sağçı seqmentin ruporudur. Bu jurnal yəhudilərə, immiqrasiya mənşəli insanlara və bizim parlament demokratiyamıza qarşı nifrəti dilə gətirməz şəkildə qızışdırır", - deyib.

Qadağanın ifrat sağçı seqmentə qarşı sərt bir zərbə olduğuna diqqət çəkən Fazer, bu qadağa ilə mühacirlərə qarşı nifrət və şiddət mühitini alovlandıran və demokratik dövlətə zərər vermək istəyənlərə qarşı tədbir görüldüyünü ifadə edib.

Qadağadan sonra polis Brandenburq, Hessen, Saksoniya və Saksoniya-Anhalt əyalətlərində jurnal menecerlərinin evlərində axtarış aparıb və bəzi materiallar ələ keçirib.

Malik Atilay 

 





18.07.2024    çap et  çap et