525.Az

Ursula fon der Lyayen Aİ Komissiyasının prezidenti seçilib


 

Ursula fon der Lyayen Aİ Komissiyasının prezidenti seçilib<b style="color:red"></b>

Ursula fon der Lyayen Aİ Komissiyasının prezidenti seçilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ursula fon der Lyayen Avropa Parlamentində (AP) etimad səsverməsi alaraq və daha bir müddətə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri olub.

AP-nin ən böyük qrupu olan Avropa Xalq Partiyası (APP) tərəfindən namizədliyi irəli sürülən və 6-9 iyun tarixlərində keçirilən seçkilərdən sonra Aİ liderləri tərəfindən AP-yə tövsiyə edilən Fon der Lyayen Baş Assambleyada etimad səsi alıb.

Bağlı zərfdə keçirilən səsvermədə deputatlardan 401-i “hə”, 284-ü “xeyr”, 15-i isə bitərəf qalıb.

Fon der Lyayen bununla da 2019-cu ildən tutduğu Aİ Komissiyasının sədri vəzifəsini daha 5 il davam etdirmək hüququ qazanıb.

Malik Atilay 

 





18.07.2024    çap et  çap et