Məşhur "Forbes Asvisor" dünyada turistlər üçün ən təhlükəli hesab etdiyi 10 şəhərin adını açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahı turistlərin ən çox getdikləri 60 şəhər arasında bir neçə kriteriya görə müəyyənləşdirilib. Bura cinəyatkarlıq, səhiyyə, infrastruktur, təbii fəlakət riski, rəqəmsal və şəxsi təhlükəsizlik aid edilib.
Araşdırmanın nəticəsinə görə ən təhlükəli şəhər Venesuelanın paytaxtı Karakas müəyyən olunub. Pakistanın Karaçi şəhəri ikinci, Myanmanın Yanqon şəhəri isə üçüncü olub.
İlk onluqda yer alan digər şəhərlər bunlardır: Laqos (Nigeriya), Manila (Filippin), Dəkkə (Banqladeş), Boqota (Kolumbiya), Qahirə (Misir), Mexiko (Meksika) və Kito (Ekvador).
Maraqlıdır ki, dünyanın ən təhlükəsiz şəhəri Sinqapur seçilib. İkinci yerdə Yaponiyanın paytaxtı Tokio, üçüncü pillədə isə Toronto (Kanada) qərarlaşıb.
L.Tağıyeva