|
|
|
|
Avstraliyanın Sidney şəhərinin yaxınlığında yerləşən sürünənlər parkının zooloqları dünyanın ən təhlükəli ilanlarından biri sayılan "Taypan"dan ("Oxyuranus scutellatus") bir dəfəyə 5,2 qram zəhər alıblar.
525.az xarici mətbuata istinadən xəbər verir ki, bu, yeni dünya rekordudur. Bundan əvvəlki göstərici 4,9 qramla eyni cinsdən olan başqa ilana məxsus idi.
Qeyd edək ki, "Taypan" Avstraliyanın ən zəhərli və böyük ilanıdır. Uzunluğu 3,3 metrə çatan bu sürünənlərdən bir dəfəyə alınan zəhər 400-ə qədər insanın ölməsi üçün bəs edir.
L.Tağıyeva